BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Ağ Evdə tarixi sammit: Cənubi Qafqazda sülh və əməkdaşlığa doğru yolun başlanğıcı

2025-08-18 17:23

BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayevanın “Ağ Evdə tarixi sammit: Cənubi Qafqazda sülh və əməkdaşlığa doğru yolun başlanğıcı” sərlövhəli məqaləsi “1news.az” saytında dərc edilib.

Məqalədə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə 2025-ci il avqustun 7-8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-yə işgüzar səfəri, səfər çərçivəsində həm Azərbaycan-ABŞ ikitərəfli münasibətləri kontekstində, həm də Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsi istiqamətində əldə olunan nailiyyətlərlə bağlı məlumat verilir.

Qeyd olunur ki, səfər nəticəsində Azərbaycan ilə ABŞ arasındakı strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə daxil oldu:

“Bu məsələ səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nda öz əksini tapmışdır.

Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında keçirilmiş ikitərəfli danışıqların yekununa əsasən, tərəflər strateji tərəfdaşlığın üç əsas istiqamət üzrə möhkəmləndirilməsinə hazır olduqlarını təsdiq ediblər:

Regional bağlantılar - Bu istiqamət, həmçinin enerji, ticarət və tranzit marşrutlarını ehtiva edir. Bu kontekstdə Azərbaycan Avropa və Asiya arasında etibarlı enerji təchizatçısı və nəqliyyat qovşağı kimi əhəmiyyətli rolunu təsdiq etmişdir.

İqtisadi investisiyalar - Burda xüsusi diqqət süni intellekt, rəqəmsal infrastruktur və “ağıllı” nəqliyyat sistemlərinə investisiyaların perspektivlərinə yönəldilib.

Təhlükəsizlik sahəsində əməkdaşlıq - Bura müdafiə sahəsində təchizat və beynəlxalq terrorizmlə mübarizədə qarşılıqlı fəaliyyət aiddir.

Səfərin ən mühüm nəticələrindən biri də ABŞ Prezidentinin “Azadlığa Dəstək Aktı”na edilən 907-ci düzəlişin icrasının dayandırılması barədə sənəd imzalaması oldu. Bu qərar iki dövlət arasında birbaşa hərbi və iqtisadi əməkdaşlıq üçün əlavə imkanlar yaratdı.

Həmçinin, 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Danışıqların yekununda əsas razılaşmaların əks olunduğu birgə bəyanat dərc olundu:

G. Paşayeva yekunda əlavə edir ki, bu sənədin imzalanması Cənubi Qafqazda uzunmüddətli sülh, inkişaf və rifahın təmin olunması yolunda yeni mərhələnin əsasını qoyur.

“2025-ci ilin avqustunda keçirilmiş Vaşinqton sammiti diplomatiya, iqtisadi maraqlar və strateji təhlükəsizliyin vahid qərarlar paketində birləşdirilə biləcəyini nümayiş etdirən unikal nümunə oldu. Bu sammit Azərbaycan və ABŞ arasında münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu və Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün qurulmasına doğru atılmış ilk ciddi addım kimi tarixə düşdü”.

*Məqalənin rus dilində dərc edilmiş orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://1news.az/news/20250809104104216-Istoricheskii-sammit-v-Belom-Dome-nachalo-puti-k-miru-i-sotrudnichestvu-na-YUzhnom-Kavkaze