BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

İran və ABŞ qarşıdurmasının Cənubi Qafqaz ölkələrinə mümkün iqtisadi təsirləri

2020-02-27 12:01

İran və ABŞ arasında yaşanan gərginlik Cənubi Qafqaz ölkələrinə də təsirsiz ötüşmür. Bu gərginlik həmin ölkələrin İran ilə yalnız siyasi münasibətlərinə deyil, eyni zamanda iqtisadi münasibətlərinə də təsir edir. ABŞ tərəfindən iqtisadi sanksiyaların genişləndirilməsi İran iqtisadiyyatına təsir göstərməklə yanaşı onun digər ölkələr ilə, o cümlədən Cənubi Qafqaz ölkələri ilə iqtisadi münasibətlərindən də yan keçmir. Lakin, bu təsir Cənubi Qafqaz ölkələrinin hər biri İranla özünəməxsus iqtisadi əlaqələrə malik olduğundan eyni formada baş vermir. Cənubi Qafqaz ölkələrinin İranla iqtisadi əlaqələrində önə çıxan əsas sahələr ticarət və turizmdir. Ona görə də sanksiyaların təsiri iqtisadi baxımdan əsasən bu iki istiqamət üzrə baş verir. İstər İranla ticarət əlaqələrinin ümumi ticarət dövriyyəsində böyük rol oynaması, istərsə də İranlı turistlərin ümumi turistlərdə payının çox olması olması iqtisadi baxımdan Cənubi Qafqaz ölkələrindən Ermənistanı sanksiyalara qarşı daha həssas edir. Həssaslığın böyük olmasında iqtisadi amillər ilə yanaşı geo-siyasi amillər də böyük rol oynayır.  

BMTM-in aparıcı məsləhətçisi Orxan Bağırovun bu mövzuda hazırladığı təhlili aşağıdakı linkdən keçid edərək oxuya və yükləyə bilərsiniz: 

http://aircenter.az/uploads//iran-ABS.pdf