BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Hindistan: Ermənistanın Azərbaycana qarşı yeni müttəfiqi

2024-10-01 12:44

BMTM-in şöbə müdiri Vasif Hüseynov və məsləhətçi Aynur Abbassoyun həmmüəllif olduğu “Hindistan: Ermənistanın Azərbaycana qarşı yeni müttəfiqi” başlıqlı məqaləsi “Eurasia Review” nəşrində dərc edilib.

Məqalədə İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan geosiyasi vəziyyətlə bağlı ətraflı məlumat verilir. Qeyd edilir ki, Rusiya ilə soyuyan münasibətləri fonunda Ermənistan Fransa və Hindistanın timsalında özünə yeni himayədar-müttəfiqlər axtarır.

“Bu kontekstdə Hindistan və Ermənistan arasındakı müttəfiqlik əlaqələri, birincinin ikinciyə hərbi təchizatları xüsusi diqqət tələb edən məsələdir. Çünki bu münasibətlər Cənubi Qafqazın sülh və təhlükəsizliyinə ciddi təhdid təşkil edir”.

Məqalədə bildirilir ki, Hindistanın Ermənistanla yaxın əlaqələr qurmaqda əsas marağı Cənubi Qafqazın geosiyasi konyukturunda öz yerini almaqdır. Belə ki, İkinci Qarabağ müharibəsinə qədər ikitərəfli gündəmi əsasən ticarət və inkişaf məsələləri təşkil edirdisə, postmüharibə dövründə bu gündəm müdafiə sahəsində əməkdaşlıq daxil olmaqla, bir çox istiqamət üzrə aktivləşdi.

“Ermənistanla müttəfiq olmaqla və belə həlledici anda onu silah-sursatla təchiz etməklə Hindistan Fransa kimi regionda silahlanma yarışını gücləndirən dövlətlərin cərgəsinə qoşulur və İrəvandakı revanşizmi gücləndirir. Bu addımlar Azərbaycan tərəfindən sərt şəkildə qınanılıb və regional sülhə təhdid kimi qiymətləndirilib”,- deyə müəlliflər diqqətə çatdırır.

*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.eurasiareview.com/01102024-india-armenias-newfound-ally-against-azerbaijan-oped/