BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Həsən Həsənovun “Topların gurultusu altında diplomatiya" kitabının təqdimatı keçirilib

2022-04-06 17:06

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Azərbaycanın keçmiş baş və xarici işlər naziri, dövlət xadimi, diplomat Həsən Həsənovun müəllifi olduğu “Topların gurultusu altında diplomatiya: Azərbaycan Respublikasının ilk diplomatik missiyası” adlı kitabın təqdimat mərasimi keçirilib. Açılış mərasimində çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev kitabda kitabda 1992-1993-cü illərdə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələrinin qəbulu prosesindən bəhs olunduğunu deyib. Onun sözlərinə görə, münaqişə həll olunsa da qətnamələr hələ də vacib sənəd olaraq qalır. Belə ki, sənədlərdə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu açıq qeyd olunur. Fərid Şəfiyev kitabda qətnamələrdən başqa BMT-də qəbul edilmiş digər vacib sənədlərə də toxunulduğunu bildirib və həmin sənədlərin də ən azı qətnamələr qədər əhəmiyyət daşıdığını qeyd edib.

Kitabın müəllifi Həsən Həsənov çıxışı zamanı Azərbaycanın BMT-dəki ilk səfiri olaraq şəxsi təcrübəsi əsasında qətnamələrin qəbulu prosesindən, BMT yanındakı nümayəndəliyinin təsisi olunmasından və hansı çətinliklərlə üzləşməsindən danışıb. O bildirib ki, BMT nümayəndəliyinə sədrlik etdiyi dövrdə 4-ü qətnamə və 6-sı bəyanat olmaqla 10 sənəd qəbul edilib. Həsən Həsənov deyib ki, qətnamələr heç zaman aktuallığını itirməyəcək və məhz bu səbəbdən ermənilər uzun illər bu qətnamələri unutdumağa çalışıblar.

Müəllif bildirir ki, əsərdə həmçinin Qarabağ haqqında tarixçi arayış verilib və ermənilərin Qarabağı əldə etmə cəhdələrinə dair tarixi faktlar göstərilib.

Vəsait rus dilində nəşr olunub və tezliklə Azərbaycan və ingilis dilinə tərcümə olunacaq.

Kitab ADA Universiteti tərəfindən beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alan tələbələr üçün əlavə tədris vəsaiti kimi tövsiyə olunur.