Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Rusiya-Sovet məskunlaşdırma siyasəti və Cənubi Qafqazda münaqişə” adlı kitabı nəşr olunub. Kitabda Çar Rusiyası və Sovet İttifaqı tərəfindən Cənubi Qafqazda, xüsusilə Azərbaycanda həyata keçirilən köçürmə siyasəti, bununla əlaqədar regionda müşahidə edilən sosial-demoqrafik proseslər, o cümlədən ermənilərin Qarabağ və İrəvan xanlıqlarında məskunlaşdırılması, XX əsrin əvvəllərində baş vermiş etnik münaqişələrin səbəbləri və nəticələri, eləcə də 1948-1953-cü illər ərzində azərbaycanlıların Ermənistandan deportasiyası müvafiq fəsillər üzrə nəzərdən keçirilir.
Kitab tarixçilər, siyasətçilər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın tezliklə geniş ictimaiyyət üçün təqdimatı keçiriləcək