BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Ermənistanda Azərbaycanafobiya: Ermənilərin müharibədən əvvəlki və post-müharibə dövründəki ritorikasında nifrət nitqi” adlı hesabatın ingilis dilli versiyası hazırlanıb

2021-05-26 10:22

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi “Ermənistanda Azərbaycanafobiya: Ermənilərin müharibədən əvvəlki və post-müharibə dövründəki ritorikasında nifrət nitqi” adlı hesabatı ingilis dilinə tərcümə edərək ictimaiyyətə təqdim edib. Hesabatı müxtəlif dillərə tərcümə etməkdə məqsəd mövzuya qlobal mənada daha geniş oxucu kütləsinin diqqətini cəlb etməkdən ibarətdir. Materialda ermənilərin müharibədən əvvəl və sonrakı ritorikasında Azərbaycanafobiyanın təzahürü araşdırılır. Bu siyasət onların mülahizələrində ermənilərin “üstün xalq” kimi göstərilməsi, bəşəriyyətin təkamülündə müstəsna rol oynaması, istedadlı xalq şəklində ifadə edilir. Hesabatın qısa icmalında Qareqin Njdenin “Tsexakron” nəzəriyyəsinin, Ermənistan hökumətinin azərbaycanlılara və ümumiyyətlə, Azərbaycana qarşı nifrət oyandırmaq siyasətinin, erməni siyasətçilərin, ictimai xadimlərin və fəallarının müasir ritorikada nifrət nitqinin, sarkazm, nifrətin alovlandırılması, eləcə də ictimaiyyətin, sadə ermənilərin azərbaycanlılara münasibətində düşmənçilik və insan yerinə qoymamaq münasibətlərinin izahı verilir. Məruzədə eyni zamanda bildirilir ki, Ermənistanda, diasporda və xaricdə azərbaycanlılara qarşı düşmənçiliyi təbliğ etmək üçün 4- təhqiretmə, dini, sivilizasiya və “erməni soyqırımı”  narrativlərindən istifadə olunur. Ermənistan hökuməti öz məqsədlərinə çatmaq üçün dini, sivilizasiya və “soyqırımı” aspektlərindən beynəlxalq cəmiyyətə təzyiq göstərmək üçün istifadə edir. Araşdırma göstərir ki, ermənilər hər fürsətdə “öz üstünlüyü”nü qabardaraq, azərbaycanlıları və Azərbaycanı aşağılayır. Azərbaycanlılar 2 əsas obrazda (“qoyun” və “insan olmayan” obrazı) təqdim olunur və bu yanaşma ermənilərin məşhur “Kill Dim” satirik cizgi filmində də öz əksini tapır. 

Hesabatı BMTM-in aircenter.az ünvanında yerləşən saytına daxil olaraq oxuya və yükləyə bilərsiniz:

https://aircenter.az/uploads/files/hate%20speech%20english.pdf