BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Cənubi Qafqaz Stabillik Paktı

2021-01-12 22:06

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Avropa İttifaqının nüfuzlu nəşri olan “Euractiv”-də “Cənubi Qafqaz Stabillik Paktı” adlı məqaləsi yayımlanıb. Məqalədə deyilir ki, Cənubi Qafqaz üçün Sabitlik və Əməkdaşlıq Paktı ilə bağlı1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən irəli sürülmüş ideyanın reallaşmasının qarşısındakı maneə aradan qaldırılıb. Müəllif xatırladır ki, belə bir pakt ATƏT-in İstanbul zirvəsində Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən irəli sürülmüş və Türkiyə Prezidenti Süleyman Dəmirəl, Ermənistan prezidenti Robert Köçəryan və Gürcüstan prezidenti Eduard Şevardnadze tərəfindən dəstəklənmişdi.

Müəllif bildirir ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı Azərbaycan ərazilərinin işğalına son qoydu və beləliklə keçmiş regional liderlərin bu sülh təşəbbüslərini reallaşdırmaq üçün bir fürsət pəncərəsi açdı: “Biz bölgədə yeni bir əməkdaşlıq platforması yaratmalıyıq ...” deyən Azərbaycan Prezidenti İlham Əliyev 10 dekabr tarixində Bakıda həmkarı Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında mövcud əməkdaşlıq platformalarının (Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, və Türkiyə-Rusiya-İran) vahid bir çərçivədə birləşdirilməsini təklif etdi. Prezident Ərdoğan da bu təşəbbüsü Rusiya Prezidenti Vladimir Putinin də dəstəklədiyini söyləyərək öz dəstəyini ifadə etdi”.

Vasif Hüseynov əlavə edir ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, rəsmi olaraq münaqişənin “həll edilmiş” kimi tanınması və Sovet İttifaqı dövründə olduğu kimi Ermənistanın dövlət sərhədlərini yenidən bərpa etməsinə dair razılığı, iki ölkənin uzun müddətdən sonra münaqişəni keçmişdə qoymaq, ticari, ictimai və diplomatik əlaqələri yenidən başlatmaq və bölgədə sülhə nail olmaq ümidlərini artırıb.

Daha ətraflı: https://www.euractiv.com/section/azerbaijan/opinion/a-stability-pact-for-the-south-caucasus/