“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (3-cü cild, 1-ci Sayı, Yay buraxılışı, 2022-ci il) işıq üzü görüb. “Dayanıqlı Sülh və Əməkdaşlığa Doğru” adlı yeni buraxılış 2020-ci ildə Ermənistan və Azərbaycan arasında 44 günlük müharibənin başa çatmasından 2 il sonra Cənubi Qafqaz regionunda yaranan təhlükəsizlik və siyasi məsələlərlə bərabər yeni çağırışlara və imkanlara həsr olunub.
CSP-nin yeni sayına 1 hesabat, 6 məqalə, 1 şərh və 1 kitab icmalı daxildir. CSP-nin hazırkı müəllifləri müharibədən sonrakı dövrdə Avropa İttifaqının regionda artan rolunu, Türkiyə-Ermənistanın münasibətlərinin normallaşma prosesini, Rusiya-Ermənistan hərbi-texniki əməkdaşlığını, Ermənistanın beynəlxalq hüquq çərçivəsində minalarla bağlı öhdəliklərini, Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyətini, eləcə də davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın xarici siyasəti və s. kimi mövzuları təhlil ediblər.
CSP ildə 2 dəfə nəşr olunan xarici siyasət və təhlükəsizlik mövzularını əhatə edən akademik jurnaldır. Jurnal Cənubi Qafqaz regionunun qonşuluğuna təsir edən məsələlərə qlobal və regional perspektivdən baxmaqla yanaşı, əsasən bölgənin beynəlxalq siyasətdəki roluna diqqət yetirir. Jurnalda fərqli sahələrin mütəxəssislərinin, həmçinin xarici ölkələrin ekspertlərinin baxışları yer alır. CSP jurnalı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) tərəfindən Bakıda nəşr olunur.
Aşağıdakı linkə daxil olaraq jurnalla tanış ola bilərsiniz:
https://cspjournal.az/new-issue?fbclid=IwAR37UICLZf5pid4F3tqnbceqCYzg75LUwkUJG-r-mifO2m5O3lriqzlRkbk