BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

2022-12-29 11:41

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (3-cü cild, 2-ci Sayı, Qış buraxılışı, 2022-ci il) işıq üzü görüb.

“Caucasus Strategic Perspectives” (CSP) jurnalının “Xəzər üzərində körpülərin qurulması: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı” adlı bu dəfəki buraxılışı regiondakı təhlükəsizlik, iqtisadi, humanitar, siyasi və geosiyasi aspektlərə diqqət yetirməklə sülh quruculuğu və geosiyasi boşluqlar üçün yeni paradiqmalara, eləcə də Cənubi Qafqazda mümkün qarşıdurma və əməkdaşlıq formatlarına həsr olunub.

CSP-nin yeni sayına 7 məqalə və 1 kitab icmalı daxildir.  CSP-nin hazırkı müəllifləri Aİ-nin Cənubi Qafqaz regionuna münasibətdə artan vasitəçilik rolunu, Trans-regional nəqliyyat bağları üçün Orta Dəhlizin əhəmiyyətini, davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqaz regionunda baş verən son prosesləri, bu regiona Türkiyənin cəlb olunmasını, eləcə də ABŞ-ın bu regiondakı strateji maraqları, həmçinin Cənubi Qafqaz regionu üçün potensial təhlükələrin mümkünlüyü və s. mövzuları təhlil ediblər.

CSP ildə 2 dəfə nəşr olunan xarici siyasət və təhlükəsizlik mövzularını əhatə edən akademik jurnaldır. Jurnal Cənubi Qafqaz regionunun qonşuluğuna təsir edən məsələlərə qlobal və regional perspektivdən baxmaqla yanaşı, əsasən bölgənin beynəlxalq siyasətdəki roluna diqqət yetirir. Jurnalda fərqli sahələrin mütəxəssislərinin, həmçinin xarici ölkələrin ekspertlərinin baxışları yer alır. CSP jurnalı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) tərəfindən Bakıda nəşr olunur.