Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ingilisdilli nəşri olan “Caucasus Strategic Perspectives” jurnalının növbəti sayı işıq üzü görüb. “Cənubi Qafqazda sülh və əməkdaşlığın perspektivləri” adlı yeni buraxılışda 2020-ci ilin payızında Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibədən sonra iki ölkə arasında mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib. CSP-nin yeni nömrəsində 5 məqalə, 2 şərh və 1 kitab icmalı yer alıb. Müharibədən sonrakı əməkdaşlıq imkanları kontekstində CSP-nin hazırkı müəllifləri Ermənistanın üzləşdiyi iqtisadi çətinliklər, Azərbaycanın bölgədə artan rolu və mövcud geosiyasi qarşıdurmalar, sülhməramlıların fəaliyyəti və müharibədən sonrakı dövrdə ortaya çıxan iqtisadi əməkdaşlıq imkanlarını təhlil ediblər.
Jurnalda yer almış məqalələri aşağıdakı link vasitəsilə CSP-nin saytından ödənişsiz olaraq yükləyə bilərsiniz: https://cspjournal.az/new-issue
Jurnalın tam versiyasına aşağıdakı linkdən keçid edərək nəzər salmaq mümkündür: https://cspjournal.az/uploads/files/Vol_2_Is_1_Summer2021/CSP_vol2%20issue1_summer%202021%20inside%20cover%20for%20website.pdf
CSP jurnalının əvvəlki nömrələrinə aşağıdakı ünvanlardan da daxil olmaq olar: https://cspjournal.az/archive
Bizi Twitter-də izləyin: https://twitter.com/CaucasusStrat
Qeyd edək ki, CSP ildə 2 dəfə nəşr olunan və xarici siyasət və təhlükəsizlik mövzularını əhatə edən ingilisdilli akademik jurnaldır. Jurnal Cənubi Qafqaz regionunun qonşuluğuna təsir edən məsələlərə qlobal və regional perspektivdən nəzər salmaqla yanaşı, əsasən bölgənin beynəlxalq siyasətdəki roluna diqqət yetirir. Jurnalda fərqli sahələrin mütəxəssislərinin, həmçinin xarici ölkələrin ekspertlərinin fikirləri yer alır. CSP jurnalı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) tərəfindən Bakıda nəşr olunur.