“Caucasus Strategic Perspectives” jurnalı növbəti sayı üçün məqalə qəbulu elan edir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) ingilisdilli nəşri olan “Caucasus Strategic Perspectives” jurnalı növbəti - ikinci sayı üçün məqalələrin qəbulunu elan edir.

Yeni nömrənin mövzusu “Cənubi Qafqazda Sülh və Əməkdaşlıq perspektivləri”dir. Qəbul üçün son tarix aprelin 15-dir. Həmçinin növbəti sayda məqalə dərc etmək istəyənlər Cənubi Qafqazda yeni nəqliyyat layihələri və iqtisadi əməkdaşlıq perspektivləri, azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üzrə Azərbaycanla ikitərəfli tərəfdaşlıq, çoxölçülü regional əməkdaşlığın qurulması və qorunması üçün maneələr və problemlər, qonşu ölkələrin (Gürcüstan, İran, Türkiyə, Rusiya) və kənar aktorların (Aİ, ABŞ, Çin) Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin qorunması ilə bağlı görüşləri, müharibədən sonra ermənilər və azərbaycanlılar arasında emosional böhranın etimad tədbirləri və sülh təşəbbüsləri ilə aradan qaldırılması, Rusiyanın sülhməramlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki fəaliyyəti mövzularına da müraciət edə bilərlər. Jurnala Qafqaz bölgəsi və onun qonşuluğu ilə əlaqəli mövzudan kənar yazılar da qəbul edilir.

Məqalələr üçün tam tələblərlə daha ətraflı jurnalın https://cspjournal.az/ ünvanında yerləşən saytında “Müəlliflər üçün təlimatlar” (Guidelines for Authors) bölməsindən tanış olmaq mümkündür. Məqalələr ingilis dilində yazılmalı və elektron formatda editor.submissions@cspjournal.az ünvanına göndərilməlidir.

CSP jurnalına təqdim edilən məqalələr orijinal olmalı və başqa nəşr tərəfindən çap edilməməlidir.