BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Caucasus Strategic Perspectives” jurnalının ilk sayı işıq üzü görüb

2020-10-15 16:31

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin akademik nəşri olan “Caucasus Strategic Perspectives” adlı jurnalın ilk sayı işıq üzü görüb. “Qoşulmama Hərəkatı və onun beynəlxalq əlaqələrdəki perspektivi” mövzusunda hazırlanmış jurnalın bu sayı Qoşulmama Hərəkatının fəaliyyətinə və Azərbaycanın bu təşkilata sədrliyinə həsr olunub. 

Jurnal ilin 1-ci yarısında çapa hazırlansa da dünyada və ölkədə hökm sürən COVID-19 pandemiyası səbəbindən oktyabr ayında istifadəyə vermək mümkün olub. 

Jurnalda yer almış məqalələri “Caucasus Strategic Perspectives” jurnalının yeni istifadəyə verilmiş saytında, aşağıdakı linkdən keçid edərək oxumaq mümkündür: 

https://cspjournal.az/new-issue

Jurnalı tam yükləmək üçün aşağıdakı linkdən keçid edə bilərsiniz: 

https://cspjournal.az/uploads/files/Vol_1_Is_1_Summer2020/CSP_Vol1-%20inside_2020%20print.pdf

Qeyd edək ki, ildə 2 dəfə İngilis dilində nəşr olunacaq “Caucasus Strategic Perspectives” jurnalı BMTM-in xarici siyasət məsələlər üzrə yarım-akademik nəşridir. Jurnalda xüsusilə beynəlxalq kontekstdə regionun rolundan bəhs olunur, Qafqaz regionunda baş verən və bu regiona təsir edən qlobal məsələlərə yer verilir. 

Jurnalın növbəti sayı Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunacaq.