Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ingilisdilli nəşri olan “Caucasus International” jurnalının “İrredentizm, separatizm və kimliyə əsaslanan münaqişələr” adlı növbəti sayı nəşr edilib. Hazırki nəşr həlli uzanan, dondurulmuş və ərazi və milli kimliyə əsaslanan münaqişələrin dinamikasına və Avrasiya məkanında, xüsusilə post-Sovet ölkələrində təcavüzkar separatizmin doğurduğu nəticələrə həsr olunub. Jurnalın müəllifləri ölkələrin kimlik və yaddaş siyasətini, etnik azlıqların milli kimlik quruculuğunu, münaqişələrin geosiyasi aspektlərini, ərazi genişlənmələrinə dair təhdidlər, xarici siyasətdə irredentizm amili, boz zonalarda (işğal olunmuş ərazilərdə) qanunsuz iqtisadi fəaliyyətlər və həll olunmamış münaqişələr üzrə danışıqlar prosesini təhlil ediblər.
Jurnalda yer almış məqalələri “Caucasus International” jurnalının yeni istifadəyə verilmiş saytında, aşağıdakı linkdən keçid edərək oxumaq mümkündür: https://cij.az/new-issue.html
Jurnalı tam yükləmək üçün aşağıdakı linkdən keçid edə bilərsiniz: https://cij.az/web/uploads//images/Journals/Coverpages/Vol-9-No-1-2-Summer-Winter-2019.pdf
Həmçinin jurnalın əvvəlki saylarını aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz: https://cij.az/archive.html
Caucasus International (CI) jurnalı 2012-ci ildən ildə bir dəfə nəşr olunan akademik jurnaldır.