BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

BMTMM “ŞƏT: Azərbaycanın iştirakı və əldə edə biləcəyi faydalar” adlı yeni hesabat dərc edib

2026-11-20 17:10

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) “ŞƏT: Azərbaycanın iştirakı və əldə edə biləcəyi faydalar” (SCO: Azerbaijan Participation and Its Benefit) adlı ingilis dilində yeni hesabatını dərc edib. https://aircenter.az/uploads/l3o7qVC2MtyH.pdf

BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərliyi ilə hazırlanmış tədqiqatın redaktoru Mərkəzin aparıcı məsləhətçisi Vüsal Quliyevdir. Hesabatın hazırlanmasına ADA Universitetinin tələbələri də töhfə verib, tədqiqat çərçivəsində yerli və xarici ekspertlərlə müsahibələr aparılıb.

Hesabatda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri və təşkilatda iştirakının gələcək perspektivləri təhlil olunur. Əsas diqqət aşağıdakı istiqamətlərə yönəldilir:

Tədqiqatda, həmçinin ŞƏT-in yaranma tarixi, inkişaf mərhələləri, Avrasiyadakı geosiyasi əhəmiyyəti və beynəlxalq sistemdə artan rolu araşdırılır.

Hesabatın əsas məqsədi Azərbaycanın ŞƏT ilə münasibətlərinin inkişafı üzrə mümkün ssenariləri qiymətləndirmək, təşkilatda iştirakın alternativ modellərinin üstünlüklərini və risklərini müəyyənləşdirmək, ölkənin milli maraqlarına və xarici siyasət prioritetlərinə uyğun qərarların qəbuluna analitik töhfə verməkdir.