Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra – Mərkəz) ilə birgə keçirdiyi qrant müsabiqəsində (bundan sonra – müsabiqə) Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və müvafiq mövzu üzrə ixtisaslaşmış QHT-ləri iştirak etməyə dəvət edir. Şura və Mərkəz “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:
SN |
Müsabiqə mövzusunun adı |
Bir layihə üçün maksimum məbləğ |
Maliyyələşməsi nəzərdə tutulan layihə sayı |
1. |
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması |
15000 (on beş min) manatadək |
2-dək layihə |
2. |
İşğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonun maddi mədəniyyət abidələrinin, toponimlərinin saxtalaşdırılması, qanunsuz iqtisadi fəaliyyət və təbii sərvətlərin istismarına dair faktların beynəlxalq ictimaiyyətə çatdırılması |
15000 (on beş min) manatadək |
2-dək layihə |
3.
|
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi |
15000 (on beş min) manatadək |
2-dək layihə |
4. |
Beynəlxalq təşkilatların sessiyalarında paralel tədbirlərin (side event) təşkili |
15000 (on beş min) manatadək |
2-dək layihə |
5. |
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun təbliği |
15000 (on beş min) manatadək |
2-dək layihə |
6. |
Avropa ölkələrinin QHT-ləri ilə əməkdaşlıq əlaqələrinin inkişafına dair təşəbbüslər |
15000 (on beş min) manatadək |
2-dək layihə |
7. |
Qoşulmama hərəkatına üzv ölkələrin QHT-ləri ilə əlaqələrin qurulması və birgə tədbirlərin təşkili |
15000 (on beş min) manatadək |
2-dək layihə |
8. |
Azərbaycan Respublikasının Cənubi Qafqaz və Xəzər regionunda iqtisadi layihələrinin təbliğinə dair təşəbbüslər |
15000 (on beş min) manatadək |
2-dək layihə |
9. |
Azərbaycanın regional rabitə və nəqliyyat layihələrində iştirakının təbliğinə dair təşəbbüslər |
15000 (on beş min) manatadək |
2-dək layihə |
Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlliilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.
Layihələrin müddəti:
Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.
Müsabiqə fondu və maliyyələşəcək layihələrin sayı:
- Müsabiqə fondu 250000 (iki yüz əlli min) manat təşkil edir.
- 17-dək layihənin maliyyələşməsi nəzərdə tutulur.
Daha ətraflı: