BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM və Misir Xarici İşlər Şurası (ECFA) arasında Anlaşma Memorandumu imzalanıb

2026-02-13 12:24

12.02.2026-cı il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Misir Xarici İşlər Şurası (ECFA) arasında Anlaşma Memorandumu imzalanıb.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev və Misirin sabiq xarici işlər naziri, səfir (təqaüddə), ECFA-nın İdarə Heyətinin sədri Məhəmməd El Orabi tərəfindən imzalanan sənəd iki beyin mərkəzi arasında akademik sahədə əməkdaşlığın dərinləşdirilməsinin əsas istiqamətlərini müəyyən edir.

Tərəflər, həmçinin Yaxın Şərqdə baş verən prosesləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib, ölkəmizdə keçirilməsi nəzərdə tutulan konfranslar çərçivəsində misirli ekspertlərlə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.