BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM və ISIA-İtaliya Asiya İnstitutu Anlaşma Memorandumu imzalayıblar

2024-05-29 16:02

2024-cü il mayın 29-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və ISIA-İtaliya Asiya İnstitutu akademik sahədə əməkdaşlığın inkişafı məqsədilə Anlaşma Memorandumu imzalayıblar.

Bu razılaşma tərəflər arasında beynəlxalq münasibətlər və Avrasiyadakı geosiyasi məsələlərə dair birgə tədqiqatlar, elmi mübadilələr və siyasi müzakirələr aparılmasını hədəfləyir. Memorandum tərəflərin akademik bilikləri artırmaq, qlobal və regional məsələlərin daha yaxşı tədqiqi üçün birgə çalışmaqla bağlı öhdəliklərini ehtiva edir.