Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və İordaniya Haşimilər Krallının Yaxın Şərq Araşdırmaları Mərkəzi arasında anlaşma memorandumu imzalanıb. Memorandumu BMTM-in İdarə Heyətinin sədri Fərid Şefiyev və İordaniya beyin mərkəzinin sədri Bayan Al-Omari imzalayıblar. Sənəddə iki beyin mərkəzi arasında birgə elmi və praktik konsultasiyaların hazırlanması, seminarların, elmi layihələrin həyata keçirilməsi, ekspert mübadiləsi və digər əməkdaşlıq əlaqələri əks olunub.
Qeyd edək ki, 2 ildən çox müddətdə fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi dünyanın müxtəlif bölgələrindən 30-a yaxın beyin mərkəzi ilə əməkdaşlıq memorandumu imzalayıb və əməkdaşlıq çərçivəsində praktiki addımlar atıb.