2024-cü il mayın 20-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və İbn Haldun Universiteti arasında akademik və institusional əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Memorandumda qarşılıqlı maraq doğuran mövzularda elmi məlumatların və tədqiqat materiallarının mübadiləsi, nümayəndə heyətlərinin və ekspertlərin qarşılıqlı səfərləri, həmçinin birgə elmi konfransların, seminarların və digər akademik tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.


