BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM Strasburqdakı türk təşkilatı ilə əməkdaşlığa başlayır

2019-09-05 00:00

Görüş zamanı Fərid Şəfiyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, yeni yaranmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əsas fəaliyyət istiqaməti Azərbaycan, region və dünyada baş verən proseslərlə bağlı arayışlar hazırlamaq və təşkilat və digər qurumlara təqdim etməkdir. Onun sözlərinə görə, bu istiqamətdə mərkəz yerli və beynəlxalq düşüncə mərkəzləri ilə əməkdaşlıq edir. Fərid Şəfiyevin bildirib ki, mərkəzinin əsas işi xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırmalar və hesabatlar hazırlamaq,  o cümlədən Ermənistanın daxilində baş verən prosesləri və ümumilikdə bu ölkəni dərindən öyrənməkdir.

Daha sonra çıxış edən Əli Gedikoğlu rəhbərlik etdiyi təşkilatın Fransanın Strasburq şəhərində  türklər tərəfindən yaradılmış və 15 Avropa ölkəsində filialı fəaliyyət göstərən beynəlxaq QHT olduğunu deyib. O, təşkilatın əsas məqsədinin Türkiyə və müsəlman ölkələrə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə, qərb təşkilatların çatdırılması olduğunu əlavə edib. Bu istiqamətdə COJEP nümayəndə heyəti Gürcüstan və Azərbaycana səfər edərək yerli təşkilatlara, beyin mərkəzlərinə əməkdaşlıq təklif edir. O, beynəlxalq təşkilatlara əməkdaşlıqda birgə işin çox vacib olduğunu diqqətə çatdırıb.

 Daha sonra tərəflər əməkdaşlıq perpektivlərini müzakirə ediblər və konkret layihələrlə bağlı təmasları davam etdirməyə dair razılığa gəliblər.