BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM mart ayı ərzində gördüyü işlərin siyahısını açıqlayıb

2021-04-06 10:51

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2021-ci ilin mart ayı ərzində gördüyü işlərə dair icmal hazırlayıb. Mərkəz tərəfindən ay ərzində xarici mediada 10 məqalə dərc olunub. Müəllif Vasif Hüseynov “Foreign Policy News”da dərc olunmuş “Ermənistan-Azərbaycan münasibətlərinin müharibədən sonrakı dövründə təhlükəsizlik problemləri” adlı məqaləsində Prezident İlham Əliyevin 26 fevral tarixli mətbuat konfransı barədə məlumat verilir və konfransın Ermənistan-Azərbaycan münasibətlərinin müharibədən sonrakı dövrdə üzləşdiyi təhlükəsizlik problemlərinin həlli üçün açıqlanan əsas məsələlərə toxunulur. Orxan Bağırovun “Modern Diplomacy”-də dərc olunmuş “Zəngəzur dəhlizi regional əməkdaşlığı stimullaşdıracaq” adlı məqaləsində Zəngəzur dəhlizinin yaradılmasının regional nəqliyyat şəbəkələrinin genişlənməsi və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi münasibətlərə təsirindən bəhs olunur.

BMTM-in digər əməkdaşı Roza Əsgərovanın “Eurasia Review”da  dərc olunmuş “Fransalı döyüşçülərin Ermənistanın apardığı hərbi əməliyyatlarda iştirakı araşdırılır” adlı məqaləsində Fransanın İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfdən döyüşlərdə iştirak edən vətəndaşları ilə bağlı araşdırma başlatması və həmin prosesin Fransa mətbuatında işıqlandırılmasından yazılır.

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin  “The London Post”-da dərc olunmuş “Azərbaycan və Ermənistan arasında barışıq prosesi davamlı sülhün açarıdır” adlı yazısında yazıda qeyd edir ki, Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə regional təhlükəsizlik və iqtisadi inteqrasiya üçün əsas təhlükə idi.

Müəllif Vasif Hüseynovun həmçinin “Azərbaycan Ermənistan Silahlı Qüvvələrinin Qarabağa qanunsuz yerləşdirilməsinə qarşı xəbərdarlıq edir” (Eurasia Review) məqaləsində erməni silahlı dəstələrinin Azərbaycan ərazilərinə yerləşdirilməsinin  üçtərəfli bəyanatda müəyyən edilmiş təhlükəsizlik məsələlərinə törətdiyi təhdiddən, “Azərbaycan Ermənistanla sülh prosesini poza biləcək təhlükələrə qarşı xəbərdarlıq edir” (“Jamestown Foundation”) yazısında bölgədə tam sülhün bərpa olunmasının əsas şərtlərindən və “Ermənistan mina xəritələrini niyə Azərbaycana təhvil verməlidir?" (karabakhspace.commonspace.eu) adlı məqaləsində, o cümlədən Şahmar Hacıyevin “Minalar və əsirlər Qarabağda sülh prosesinə mane olur”  (The National İnterest”) başlıqlı məqaləsində Ermənistanın işğaldan azad olunmuş ərazilərdəki minaların xəritələrini hələ də təqdim etməməsinin sülh prosesinə təsirindən danışılır. “Eurasia Review”da dərc olunmuş “Azərbaycan azad edilmiş əraziləri yüksək texnoloji əraziyə çevirməyi hədəfləyir” adlı məqaləsində Orxan Bağırov  əsas diqqəti işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa layihələrinə yönəldir və bu layihələr çərçivəsində texnoloji yeniliklərin tətbiqinə üstünlük verildiyini qeyd edir.  İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “The Trubine”də dərc olunmuş “Sülh və əməkdaşlıq mühiti (Pax-Caucasia) Cənubi Qafqazda irəliləyən yeganə yoldur” adlı məqaləsində Cənubi Qafqazda sülhə alternativin olmaması və sülh və əməkdaşlıq mühitinin (Pax-Caucasia) tək irəliləyiş yolu olması vurğulanır.

Mərkəz əməkdaşlarının məqalələri tərcümə olunaraq Argentinanın “Lacity”, Çilinin “İnfogate” və İtalyanın “İnsideover” saytlarında  nəşr edilib.

Eyni zamanda BMTM-in əməkdaşları Nağı Əhmədov, Şahmar Hacıyev və Mərkəzin İdarə Heyətinin sədr Fərid Şəfiyev tərəfindən ingilis dilində yerli mediada “Azərbaycanın Cənubi Qafqazdakı sülh perspektivi”, “Macarıstan Azərbaycanla əməkdaşlığı gücləndirir”,  “Erməni mifləri Azərbaycanın qələbəsinə necə kömək etdi: İkinci Qarabağ müharibəsi və informasiya müharibəsinin tarixi məzmunu” adlı məqalələri dərc edilib.

Mərkəz tərəfindən martın 3-də Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransında səsləndirdiyi əsas mesajlara dair, martın 5-də  “Cənub Qafqazda yeni reallıqlar: Perspektivlər və Çağırışlar” mövzusunda vebinarlar, martın 17-də “Pakistan bu gün” adlı seminar təşkil olunub.

Mart ayı ərzində Mərkəz əməkdaşları “Covid-19 pandemiyası və innovasiya yönümlü iqtisadi inkişafın vacibliyi, “Azad edilmiş ərazilərdə bərpa prosesinin əsas istiqamətləri” adlı Azərbaycan dilində və  “İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi və hərbi nəticələri adlı” ingilis dilində təhlillər hazırlayıblar.

Qeyd olunmuş bütün materiallarla Mərkəzin www.aircenter.az  ünvanında yerləşən saytında ətraflı tanış olmaq mümkündür.