BMTM-in mütəxəssisi Şahmar Hacıyev “EastMed” və "Türk axını" qaz kəmərlərinə dair təhlil hazırlayıb. İcmalda qeyd edilir ki, son zamanlar təməli qoyulan və həyata keçirilən bütün təbii qaz layihələri Avropa qaz bazarında enerji mənbələrinin və marşrutların diversifikasiyasına əhəmiyyətli töhfə verir. Bu mənada Kipr-Yunanıstan-İsrail tərəfindən planlaşdırılan “EastMed” qaz kəmərinin inşasına dair razılığın əldə olunması bu istiqamətdə atılmış önəmli addımdır. Qeyd olunan qaz kəməri Aralıq dənizindən çıxarılacaq təbii qazı İsrail və Kipr sularından Yunanıstanın Krit adasına və oradan da Yunanıstan və İtaliyaya vasitəsi ilə Avropanın qaz infrastrukturuna birləşdiriləcək.
Digər vacib enerji hadisəsi isə “Türk axını” qaz kəmərinin Türkiyə daxili qaz bazarına təbii qaz nəql edəcək hissəsinin tamamlanmasıdır. Bu qaz kəməri Rusiya qazını həm Türkiyənin daxili bazarına, həm də Türkiyə üzərindən Avropaya tədarük edəcək. Bu enerji layihəsi həm infrastrukturun inkişaf etməsinə, həm də qaz qiymətinin daha da rəqabətinin artmasına gətirib çıxaracaq.
Təhlili oxumaq və yükləmək üçün aşağıdakı linkdən keçid edə bilərsiniz:
http://aircenter.az/web/uploads//images/news/enerji-icmali-2020-yanvar.pdf