BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-in mütəxəssisi Enerji İcmalı hazırlayıb

2019-12-27 00:00

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Şahmar Hacıyev Avropa və digər enerji bazarlarına təbii qaz ixrac etmək məqsədi ilə Rusiyanın müxtəlif təbii qaz boru kəmərləri inşa etməsinə dair  Enerji İcmalı hazırlayıb. İcmalda qeyd olunur ki, son illər ərzində boru kəməri siyasəti bir çox dövlətlər üçün mühüm rol oynamağa başlayıb. Vurğulanır ki, rəsmi Moskva müxtəlif təbii qaz boru kəmərlərinin inşasını həyata keçirib və gələcəkdə də keçirmək niyyətindədir. Bu mənada, mühüm təbii qaz layihələri arasında 63 milyard kubmetrlik ötürücülük qüvvəsinə malik olan “Cənub axını”, 55 milyard kubmetr təbii qaz daşıma gücünə malik “Şimal axını - 2” və 38 milyard kubmetr təbii qaz daşıma gücünə malik olan “Sibirin gücü” təbii qaz boru kəmərləri layihələrini qeyd etmək olar.

İcmalı oxumaq və yükləmək üçün aşağıdakı linkdən keçid edə bilərsiniz:

http://aircenter.az/uploads/enerji-icmali.pdf