Laçın yolu üzərində baş verənlər 3 səbəblə bağlıdır:
I. Əsas səbəb- ekoloji problemlər və Azərbaycan təbii ehtiyatlarının qanunsuz istismarı.
II. 9 noyabr bəyanatına zidd olaraq Laçın dəhlizinin hərbi məqsədlər üçün istifadəsi.
III. Nəqliyyat dəhlizlərinin açılmasına dair 9 noyabr bəyanatında qeyd olunmuş öhdəliklər.
Azərbaycan Laçın dəhlizini istifadəyə verib, lakin Ermənistan tərəfi müxtəlif bəhanələrlə Meqri vasitəsi ilə Azərbaycandan Naxçıvan regionuna dəhliz açmaqdan imtina edir.
Ümumilikdə, Laçın yolunda baş verənlər əslində aşağıdakı fundamental problemlərin olduğuna işarə edir:
1. Sülh müqaviləsinin olmaması və danışıqlar prosesinin dalana dirənməsi.
2. Rusiya sülməramlı kontingentinin fəaliyyəti.
3. Qarabağ erməniləri arasında radikalların olması və Azərbaycanla dialoqu pozan Ruben Vardanyanın Qarabağa gəlişi.
4. Geosiyasi aktorlar.
Artıq hər kəs anlamalıdırlar ki, problem Qarabağ bölgəsi yenidən Azərbaycanın inzibati nəzarətinə keçməsindən sonra tam olaraq həll ola bilər. Əvvəl-axır bu baş verəcək. Ərazi bütövlüyünə qarşılıqlı hörmət olmadan sülh və təhlükəsizlikdən söhbət gedə bilməz.