3 oktyabr 2019-cu il tarixində BMTM ilə Qırğızıstan Respublikasının Milli Strateji Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum BMTM-in İdarə Heyətinin Sədri Fərid Şəfiyev və Milli Strateji Araşdırmalar İnstitutunun direktoru K.Şadibekov tərəflərindən imzalanıb. Memorandum Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin möhkəmləndirilməsi çərçivəsində elmi əməkdaşlığı genişləndirmək və inkişaf etdirməyi nəzərdə tutur.