BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM ilə Pakistanın Global və Strateji Araşdırmalar Mərkəzi (CGSS) arasında Anlaşma Memorandumu imzalanıb

2020-02-27 14:18

Fevralın 27-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Pakistanın Global və Strateji Araşdırmalar Mərkəzi (CGSS) arasında Anlaşma Memorandumu imzalanıb. BMTM-in idarə heyətinin sədri Fərid Şəfiyev və CGSS-in Prezidenti Syed Khalid Amir Jaffery tərəfindən imzalanmış memorandumda tərəflər əməkdaşlıqla bağlı qarşılıqlı maraqlarını ifadə ediblər. Memorandumda Azərbaycanla Pakistan arasında bütün sahələrdə inkişaf edən əlaqələrə tövhə vermək məqsədilə tərəflər arasında məlumat mübadiləsinin aparılmasının, birgə layihələrin təşkil edilməsinin və qarşılıqlı səfərlərin keçirilməsinin əhəmiyyəti qeyd olunub.