BMTM ilə Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum BMTM-in İdarə heyətinin sədri Faird Şəfiyev və Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun direktoru Eldor Aripov tərəfindən imzalanıb. Memorandum ayrılmaz intellektual və elmi potensialın mövcudluğu, tərəflərin qarşılıqlı maraqları və beynəlxalq inkişaf və regional təhlükəsizlik problemlərinin qiymətləndirilməsində və təhlilində iştirakını nəzərə alaraq imzalanıb.