BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM ilə Cənubi Koreyanın Donqduk Qadınlar Universitetinin Avrasiya və Türk Araşdırmaları İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

2019-08-05 12:42

Avqustun 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə Cənubi Koreyanın Donqduk Qadınlar Universitetinin Avrasiya və Türk Araşdırmaları İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Mərkəzin sədri Fərid Şəfiyev və Avrasiya və Türk Araşdırmaları İnstitutunun direktoru xanım Eunkyung Oh imzalayıblar. Beşillik memorandum iki qurum arasında akademik və inzibati heyətlərin mübadiləsini, araşdırmaların aparılması və onların nəticələrinin təqdim edilməsi sahəsində əməkdaşlığı, akademik materialların, nəşrlərin və elmi informasiyaların mübadiləsini, digər akademik və təhsil mübadilələrini nəzərdə tutur.