Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Hacı Bayram Veli Universiteti və İsmayıl Qaspiralı Xarici Siyasət İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi və Türk dünyasının gələcəyi” mövzusunda müzakirələr keçirilib.
Müzakirələrdə Azərbaycanın TDT sədrliyi çərçivəsində müəyyənləşdirdiyi prioritet istiqamətlər, təşkilatın institusional potensialının gücləndirilməsi, eləcə də Türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin Türk dünyasının inkişaf perspektivləri, regional geosiyasi çağırışlar, nəqliyyat və enerji xətləri üzrə qarşılıqlı əlaqələrin gücləndirilməsi, habelə humanitar və elmi əməkdaşlıq imkanları təhlil edilib.
Ekspertlər Türk dövlətləri arasında koordinasiyanın artırılmasının regional sabitlik və davamlı inkişaf baxımından əhəmiyyətini diqqətə çatdırıb.


