Mərasimdə çıxış edən mərkəzin sədri Fərid Şəfiyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixindən danışıb və bu hadisənin ölkə tarixinin şərəfli səhifələrindən biri olduğunu deyib. BMTM-in sədri ölkə başçısının Sərəncamı ilə ötən il bu tarixi hadisənin 100 illiyinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb. Fərid Şəfiyev və əməkdaşlar göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə həmçinin mərkəzin gələcək fəaliyyəti və gələcək planlar barədə müzakirə aparılıb.
Daha sonra medallar təqdim olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cı il 27 may tarixli sərəncamı ilə BMTM-in sədri Fərid Şəfiyev və ölkə başçısının 25 iyul tarixli sərəncamı ilə mərkəzin digər əməkdaşları, Məhəmmədli Məsiağa, Cavid Vəliyev, Əfsanə Məmmədova, Vasif Hüseynov və Fuad Çıraqov "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif ediliblər.