BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki vəziyyətlə bağlı Luis Moreno Okamponun qərəzli “ekspert rəyi”nə cavab hazırlayıb

2023-08-17 10:07

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Beynəlxalq Kriminal Məhkəmənin keçmiş prokuroru Luis Moreno Okamponun "2023-cü ildə ermənilərə qarşı törədilmiş soyqırımı" adlı qondarma “ekspert rəyi”nə  cavab olaraq  “Luis Moreno Okamponun Qarabağla bağlı qərəzli rəyi: Siyasi məqsədlər üçün Soyqırımı Konvensiyasından sui-istifadə” adlı ingilis dilində təhlil hazırlayıb.  Təhlilə əsasən, bəzi beynəlxalq media təşkilatlarının faktı araşdırmadan rəyə istinad etməsi vəziyyətə dair həqiqətin əksinə mənzərənin yaranmasına yol açır. Bildirilir ki, Okampo rəyində qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Laçın yolunun “blokada”sı və ərzaq, tibbi ləvazimatların və və digər vacib avadanlıqlara çıxışın qadağan edilməsi Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılmasına dair Konvensiyanın ikinci maddəsinə əsasən soyqırımı kimi qəbul edilməlidir. O,  xüsusilə 2-ci maddənin  “qrupun qismən və yam tamilə fiziki məhvi məqsədi ilə həyat tərzinə bilərəkdən təsir etmə” bəndinə istinad edir. Bildirilir ki, bu kontekstə bu mətn hüquq rəy deyil, cənab Okamponun ermənipərəst siyasi vəkilliyi və ya müşavirlik mövqeyidir. Bildirilir ki, əsas hüquqi məsələlərin yarımçıq müzakirəsi ilə yanaşı müəllif analoji müqayisələr aparır  “Rusiyanın geosiyasi maraqları”, “Ukrayna müharibəsi” kimi ifadə etməklə "2025-ci ilə qədər mübahisəli ərazi iddialarının institusional həlli”ni tapır və hətta Aİ və ABŞ-a Azərbaycanın xarici siyasəti və qərarlarına təsir etmək üçün klassik diplomatik alətlərdən necə istifədəyə dair tövsiyələr verir.

Qeyd olunur ki, 23 aprel 2023-cü ildə Azərbaycan Laçında sərhəd keçid məntəqəsi qurmaqla Ermənistanla arasında sərhəd nəzarətini tam bərpa edib və Rusiya sülhməramlı qüvvələri daxil olmaqla insan və nəqliyyat vasitələrinin nəzarətinə başlanılıb. “Ermənistan bu addımı blokada adlandırsa da, Azərbaycan bunun adi sərhəd nəzarəti olduğunu bəyan edib. O vaxtdan bu yana ermənilər Qarabağa Azərbaycan ərazisi kimi daxil olur və çıxır və pasport və yük qeydiyyatından sonra şəxsi və ya biznes məqsədi ilə yükləri daşıya bilir”,-deyə təhlildə bildirilir.

Əlavə olunur ki, iyulun 15-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüssel formatında görüş baş tutub və tərəflər BQXK-nin humanitar yardımlarının daşınması üçün Ağdam yolu da daxil olmaqla Laçın yoluna alternativ yolları müzakirə ediblər. Bu tarixə kimi, ermənilərin Laçın buraxılış məntəqəsi vasitəsi ilə Qarabağa daxil olması və çıxmasına, o cümlədən şəxsi və biznes məqsədilə məhsulların daşınmasına  heç bir maneə olmadığı halda tərəflər hər iki yolun Qarabağa yardım məqsədi ilə istifadə edilməsində razılığa gələ bilmirlər. Xüsusilə Ermənistan tərəfi Ağdam yolunu fiziki olaraq bağlayaraq, onu BXK maşınları üçün keçilməz edib.

Təhlil materialında deyilir ki, ekspert rəylərində ekspertiza materiallarından əlavə ekspertin etibarlılığı da ən əsas prinsipdir: “Fakt budur ki, cənab Okamponun etibarlılığı Beynəlxalq Cinayət Məhkəməsindəki (ICC) ofisində olarkən və getdikdən sonra uzun müddətdir sual altında idi. Məsələn, Avropa İstintaq Əməkdaşlıq Təşkilatının araşdırması göstərdi ki, cənab Okampo Haaqa Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən məşhur vergi sığınacaqlarında yerləşən çoxsaylı ofşor şirkətlərini idarə edib. Bu, BCM-in Nizamnaməsinin tələblərinin açıq şəkildə pozulması deməkdir. “Spiegel”-in araşdırmasına əsasən isə, cənab Okampo bir çox ofşor hesablar vasitəsilə Liviyada cinayətkar milyarderlərdən məbləği açıqlanmayan milyonlarla vəsait alıb. Sonda cənab Okamponun BCM-in ideyalarına və ruhuna xəyanət etdiyi qənaətinə gəlinib. “The Financial Times”ın araşdırmasına əsasən, Luis Moreno Okamponun məhkəməsiz edamlar və digər hüquqların pozulmasında ittiham olunan Liviya hərbçiləri ilə son vaxtlara qədər əlaqəsi olan Həsən Tatanaki əməkdaşlığı olub və hətta BCM-nin əməkdaşları da ofisi tərk etdikdən sonra şəxsi konsultant kimi çalışan Okampo ilə şübhəli əlaqələrə malikdirlər.

Qeyd edilir ki, cənab Okampo iddia edir ki, bu yazı üçün Dağlıq Qarabağın qondarma “lider”i Arayik Haratyuyandan tapşırıq alıb.  “Qeyd etmək yerinə düşər ki, A.Haratyunyan beynəlxalq hərbi cinayətkartdır və Azərbaycanın ona qarşı cinayət ittihamları var. O, Qarabağda qanunsuz rejimə rəhbərlik etməklə yanaşı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə edilən ballistik raket hücumuna görə məsuliyyət daşıyır. Okamponun müharibə cinayətkarından tapşırıq alması ekspertlərin heç bir etik qaydalarına uyğun gəlmir. Bu Srebrenitsa qətliamının əsas günahkarı olan Ratko Mladiçdən onun əməllərinin beynəlxalq cinayət hüququna uyğun olub-olmaması ilə bağlı tapşırıq almağa bərabər olardı. Bu faktlar, ekspertin  onun ümumi etibarına kölgə salır”,- deyə vurğulanır.

Təhlil göstərir ki, Okamponun Ermənistan hökuməti ilə əlaqələri heç bir şübhə doğurmur. 2010-cu ildə o, 1992-ci ildə Xocalı qətliamının təşkilatçılarından biri olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb: “Okamponun faktlara və qanunlara “mətbəx çanağ”ı yanaşması Ermənistanın işini heç də irəli aparmır Əksinə, məlum oldu ki, bu siyasi məzmunlu rəy bir sıra əsas dövlətlərin BMT Təhlükəsizlik Şurasının 2023-cü il avqustun 16-na təyin edilmiş fövqəladə iclasına dəstəyini gücləndirmək məqsədi daşıyır. Ermənistanın Soyqırımı Konvensiyasına əsasən Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Azərbaycana qarşı iddia qaldırmaq hüququ var. Lakin belə bir iddia irəli sürməməsi belə ciddi iddiaları təsdiq edəcək heç bir sübutun olmadığını göstərir. Nə rəy, nə də Ermənistan hökuməti belə bir sübut təqdim etməyib, çünki o, mövcud deyil. Bundan əlavə cənab Okamponun “şübhəli reputasiyası” və Azərbaycana qarşı qərəzli mühakimə, rəydə hüquqi və faktiki nöqsanların olması beynəlxalq təşkilatlar, media qurumları və məhkəmə orqanlarının istifadə etməzdən öncə ciddi yoxlamasını tələb edir”.

 

Daha ətraflı: https://aircenter.az/uploads/SN5P9JpKLCAD.pdf