Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin adı ABŞ-ın nüfuzlu Pensilvaniya Universiteti nəzdində fəaliyyət göstərən “Lauder” İnstitutunun “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramı” tərəfindən tərtib edilmiş “2020 Qlobal Beyin Mərkəzi İndeksi”nə daxil edilib. Mərkəz indeksdə bir neçə kateqoriya üzrə yer tutub. Hesabata əsasən BMTM 2020-ci ildə “Hökumətə bağlı ən yaxşı beyin mərkəzləri 2020” (2020 Best Government-Affiliated Think Tanks) kateqoriyası üzrə 28-ci, “Mərkəzi Asiyada fəaliyyət göstərən ən yaxşı beyin mərkəzləri 2020” (2020 Top Think Tanks in Central Asia) kateqoriyası üzrə 43-cü, “Ən effektiv təbliğat kampaniyaları 2020” (2020 Best Advocacy Campaign) kateqoriyası üzrə 53-cü, “Ən yaxşı idarə olunan beyin mərkəzləri 2020” (2020 Best Managed Think Tanks) kateqoriyası üzrə 55-ci yerdə qərarlaşıb. Pensilvaniya Universiteti nəzdində “Lauder” İnstitutunun “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri Proqramı” beyin mərkəzlərinin reytinq cədvəlini 2006-ci ildən etibarən tərtib edir.
Qeyd edək ki, 2 ildən az müddətdə fəaliyyət göstərən BMTM-in adının sözügedən hesabata daxil edilməsi gərgin və hərtərəfli əməyin nəticəsidir.
Daha ətraflı aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://repository.upenn.edu/cgi/viewcontent.cgi?article=1019&context=think_tanks