Yaşadığımız regionda oxucu kütləsini nəzərə alaraq Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin saytının (https://aircenter.az/ru) rus versiyası istifadəyə verilib. Bununla da oxucular Mərkəzə dair məlumatları, hazırladığı materialları Azərbaycan və ingilis dilləri ilə yanaşı rus dilində də oxuya biləcəklər.
Qeyd edək ki, BMTM Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Daha sonra Mərkəzin saytının qurulması üzərində iş aparılaraq qısa müddətdə istifadəyə verilib. Saytda operativ qaydada Mərkəz əməkdaşlarının və digər tərəfdaşların ölkədə və dünyada baş vermiş əsas siyasi hadisələrlə bağlı təhlilləri, xaricdə dərc olunmuş məqalələri, keçirilmiş tədbirlər və digər xəbərlər yer alır.