BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması

2023-09-23 22:59

Ermənistanın bəzi mətbuat orqanlarında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin müsahibələrindən birinə istinadən bəzi təhrif olunmuş məlumatlar verilib və bu məlumatlar eyni zamanda Azərbaycan mediasında da öz əksini tapıb. Həmin müsahibədə region, xüsusilə Ermənistanla Azərbaycan arasındakı vəziyyətə dair müzakirələr aparılıb və müzakirələr çərçivəsində müəyyən fikirlər, mülahizələr səsləndirilib

Qeyd etmək istəyirik ki, səsləndirilmiş bəzi fikirlər nəzəri xarakter daşıyır və Azərbaycan hökumətinin mövqeyini əks etdirmir. Ümumilikdə Azərbaycanın rəsmi mövqeyi ilə bağlı yalnız rəsmi məlumatlara istinad olunmalıdır. Bir daha vurğulamaq istəyirik ki, müsahibədən götürülərək yayılmış məlumatlar kontekstdən çıxarılıb və təhrif olunub.