BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində ilk təcrübəçilərə sertifikatlar verilib

2020-03-05 12:04

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində ilk təcrübəçilərə sertifikatlar verilib. Əvvəlcə təcrübəçilər- Rəfael Əliyev  “İran - Şimali Qafqaz əlaqələri”, Firuz Süleymanov “Cənubi Qafqazda ətraf mühitin Ermənistan terrorunun qurbanına çevrilməsi”  və Hülya Mürsəlzadə  “Avropa İttifaqında enerji təhlükəsizliyi” mövzularında təqdimatla çıxış ediblər. Təcrübəçilər görüşdə iştirak edən ekspertlərin suallarına cavab verib və araşdırma yazıları ilə bağlı tövsiyələrini dinləyiblər. Sonda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev təcrübəçilərə mərkəzin işinə verdikləri töhfəyə görə təşəkkürünü bildirib və sertifikatları təqdim edib.

Qeyd edək ki, hər 3 təcrübəçi sentyabrın 20-dən dekabrın 18-nə kimi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində təcrübə keçiblər.