BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış. Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirilib

2021-04-13 12:39

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə bir qrup xarici beyin mərkəzlərinin rəhbərlərin və beynəlxalq ekspertlərin Azərbaycana səfərləri təşkil olunub. Səfər zamanı “Cənubi Qafqaz üçün yeni baxış. Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı üç günlük konfrans təşkil olunub. ADA Universitetində keçirilmiş konfransın birinci günündə Xarici İşlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev və BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev  çıxış edib. Çıxışlar zamanı Cənubi Qafqaz bölgəsinin gələcəyi, reinteqrasiya və bərpa prosesləri məsələlərinə toxunulub və iştirakçıların sualları cavablandırılıb.

Konfransın ikinci günü xarici qonaqların Ağdam rayonuna səfəri təşkil olunub və rayonun 30 ilə yaxın işğal altında qalmış hissəsinin Ermənistan tərəfindən dağıdılması nümayiş etdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə konfransın üçüncü günü ADA Universitetində davam etdilib. Ölkə başçısı qonaqları 44-günlük müharibə zamanı hərbi əməliyyatlar, Azəbaycanın qalibiyyəti, müharibədən sonra regionda davam edən siyasi proseslər barədə məlumatlandırıb və suallarını cavablandırıb.