BMTM Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayrılması barədə qərar qəbul edib. Mərkəzin rəhbərliyi və əməkdaşları könüllü qaydada aylıq əmək haqlarından ordumuza maliyyə dəstəyi olaraq ianə ayırıblar.
Qeyd etmək istəyirik ki, Mərkəzin əməkdaşları təmas xəttində gedən atışmalarla bağlı ölkəmizə qarşı aparılan informasiya kampaniyalarının qarşısını almaq və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə bağlı haqq səsini dünya ictimaiyyəti çatdırmaq istiqamətində xarici mediada məqalələr yazır və müsahibələr verir. Mərkəz heyəti cəbhədə gedən müharibə ilə paralel aparılan informasiya müharibəsinin aktiv iştirakçısı olmaqla bu sahədə dəstəyini davam etdirəcəyini ifadə edir.