BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi könüllülərin qəbulunu elan edir

2019-09-29 00:00

Müsabiqədən uğurlu keçən könüllülərin sentyabrın 17-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Əsrin Müqaviləsi” nin imzalanmasının 25-ci ildönümü münasibətilə Azərbaycanda diplomatik korpuslar və ekspertlər üçün keçiriləcək seminarda işləmələri nəzərdə tutulub. Daha sonra onlar BMTM-in könüllülük hərəkatının üzvü olaraq digər tədbirlərdə də iştirak  etmək hüququ əldə edəcəklər.

Namizədlər üçün tələblər:

•   Yaşı 17-25 arası olmalıdır.

•   İngilis və rus dillərini bilməlidir. Digər xarici dilləri bilməsi arzuolunandır.

•   Punktual və komandada işləmək bacarığına malik olmalıdır.

Müraciət üçün son tarix: 10 sentyabr 2019

Tədbirin sonunda təşkilatçılıqda aktiv iştirak etdikləri üçün konüllülərə sertifikat veriləcək. Maraqlananlar CV-lərini info@aircenter.az ünvanına yollaya və ya BMTM-in Mirzə İbrahimov 8 ünvanında yerləşən binasına şəxsən təqdim edə bilərlər.