Yeni ideyalara malik, özünə güvənən, potensialını paylaşmağa hazır olan gənclər müsabiqədə iştirak etmək üçün dəvət olunur. Müsabiqədən uğurlu keçən könüllülərin sentyabrın 17-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Əsrin Müqaviləsi” nin imzalanmasının 25-ci ildönümü münasibətilə Azərbaycanda diplomatik korpuslar və ekspertlər üçün keçiriləcək seminarda işləmələri nəzərdə tutulub. Daha sonra onlar BMTM-in könüllülük hərəkatının üzvü olaraq digər tədbirlərdə də iştirak etmək hüququ əldə edəcəklər.
Namizədlər üçün tələblər:
- Yaşı 17-25 arası olmalıdır.
- İngilis və rus dillərini bilməlidir. Digər xarici dilləri bilməsi arzuolunandır.
- Punktual və komandada işləmək bacarığına malik olmalıdır.
Müraciət üçün son tarix: 10 sentyabr 2019
Tədbirin sonunda təşkilatçılıqda aktiv iştirak etdikləri üçün konüllülərə sertifikat veriləcək. Maraqlananlar CV-lərini info@aircenter.az ünvanına yollaya və ya BMTM-in Mirzə İbrahimov 8 ünvanında yerləşən binasına şəxsən təqdim edə bilərlər.