BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Belarus Strateji Araşdırmalar İnstitutu ilə BMTM arasında anlaşma memorandumu imzalanıb

2019-11-05 12:50

Belarus Strateji Araşdırmalar İnstitutu ilə BMTM arasında anlaşma memorandumu imzalanıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Belarus Strateji Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin noyabrın 4-5-də Belarus Respublikasına səfəri çərçivəsində imzalanıb.

Memorandumu Fərid Şəfiyev və Belarus Strateji Araşdırmalar İnstitutunun sədri Oleq Makarov imzalayıblar. İnstitutda keçirilən görüş zamanı Belarus-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, hər iki ölkənin xarici siyasət prioritetləri, beyin mərkəzləri arasında təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Səfər zamanı Fərid Şəfiyev, Mərkəzin şöbə müdiri Fuad Çıraqov və aparıcı məsləhətçisi Ayaz Rzayev Belarus Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin müəllim heyəti ilə də görüş keçirib. Görüşdə tərəflər arasında müntəzəm əlaqələrin təmin edilməsi və əməkdaşlığın təşviqi məsələləri müzakirə olunub. Həmçinin yerli ekspertlərlə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb.