BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Azərbaycanda növbədənkənar prezident seçkiləri: İlkin qiymətləndirmə

2024-01-18 13:23

BMTM-in şöbə müdiri Cavid Vəliyevin “Daily Sabah” nəşrində “Azərbaycanda növbədənkənar prezident seçkiləri: İlkin qiymətləndirmə” başlıqlı məqaləsi dərc olunub. Müəllif məqalədə Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan olunmasına gətirib çıxaran səbəblər barədə yazıb. Bildirilir ki, Qarabağ zəfəri regionda müxtəlif prizmadan yeni vəziyyət formalaşdırıb,  son 30 ildə seçki keçirilməyən bölgə işğaldan azad edilib və təbii olaraq, burada seçki keçirilməlidir.

Müəllif Qarabağda əldə olunmuş qələbə və sülh danışıqları prosesinə də toxunub. Bildirib ki, indiki halda Azərbaycana qarşı davamlı diplomatik hücumlar edilir. Qeyd olunur ki, qələbə Prezident İlham Əliyevin təkcə ölkə daxilində deyil, həm də xaricdə həyata keçirdiyi effektli siyasətinin nəticəsi kimi dəyərləndirilir: “Bu nailiyyət dost ölkələrin dəstəyini qazansa da, rəqiblərin qısqanclığı və davamlı hücumları ilə nəticələnib”.

Sonda müəllif vurğulayır ki, son illər Prezident İlham Əliyev ölkənin xarici və daxili siyasətində əsaslı yeniliklər edib. “Bu kontekstdə Prezident İlham  Əliyevin ölkənin milli təhlükəsizliyi ilə bağlı əsas məsələni effektiv şəkildə həll etməsi gələcəkdə daxili siyasi islahatların davam etdiriləcəyinə dair inamın artması kimi dəyərləndirilə bilər”.
Daha ətraflı:

https://www.dailysabah.com/opinion/op-ed/azerbaijans-early-presidential-elections-preliminary-assessment