Image alt

Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin rəhbərliyi ilə nümayəndə heyəti yanvarın 8-də paytaxt Pekində Çin Sosial Elmlər Akademiyası, Çin Beynəlxalq Araşdırmalar İnstitutu və Müasir Beynəlxalq Münasibətlər Akademiyasında görüşlər keçirib. Görüşlərdə Azərbaycanın yerləşdiyi regionda siyasi, iqtisadi və təhlükəsizlik məsələləri, Çin-Azərbaycan ikitərəfli münasibətlərində əldə edilmiş nailiyyətlər, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlıq imkanları, Ermənistan-Azərbaycan münaqişəsi və digər vacib məsələlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda BMTM-in xarici tədqiqatçılar üçün həyata keçirməyi nəzərdə tutduğu proqramlar və birgə tədqiqat üçün yaradılan imkanlar barədə danışılıb. Fərid Şəfiyev həmçinin Azərbaycanda müasirləşmə istiqamətində aparılan islahatlar barədə çinli həmkarlarına  məlumat verib.

Əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi məqsədi isə Çin Beynəlxalq Araşdırmalar İnstitutu və Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə Anlaşma Memorandumları imzalanıb.