BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

AQEM nümayəndə heyəti ilə görüş keçirilib

2024-04-16 18:00

Aprelin 16-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı AQEM qarşısında duran vəzifələr, mövcud regional və qlobal çağırışlar və onlara adekvat reaksiya mexanizmlərinin hazırlanması kimi məsələlər ətrafında müzakirələr aparılıb. Tərəflər AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının 2024-2026-cı illər üzrə AQEM sədri seçilməsinin təsisatın gələcək fəaliyyət istiqamətləri və prioritetlərinin müəyyənləşdirilməsi baxımından müsbət addım kimi qiymətləndiriblər.

Görüşdə AQEM çərçivəsində fəaliyyət göstərən Beyin Mərkəzi Forumu ilə BMTM arasında əməkdaşlığın, akademik mübadilənin genişləndirilməsinin zəruriliyi vurğulandı.

Sonda Baş katib Kayrat Sarıbay tərəfindən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyevə AQEM-in fəaliyyətindən bəhs edən kitab təqdim edildi.