Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi erməni dili kurslarına başlayır

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi gənc alimlər, dövlət qurumlarının nümayəndələri və tədqiqatçılar üçün erməni dili üzrə ödənişsiz kurslar təşkil edir. Proqram dekabr-may aylarını əhatə edir. Dərslər həftənin çərşənbə axşamı və cümə günləri BMTM-də keçiriləcək. Hər ayın son dərsində test imtahanı və kursun son dərsində biliklərin qiymətləndirməsinə dair yekun imtahan keçiriləcək. Üzürsüz səbəbdən dərsə 2 dəfədən artıq gəlməyən şəxslər proqramdan kənarlaşdırılacaq.

Erməni dilini başlanğıc səviyyədən öyrənmək istəyən magistr və ya doktorantura dərəcələrinə malik olan və gələcəkdə elmi fəaliyyət ilə məşğul olacaq şəxslər kurslarda iştirak üçün müraciət edə bilərlər. Eyni zamanda, kurslarda dövlət qurumlarının nümayəndələri də iştirak edə bilərlər. Maraqlanan şəxslərdən CV-lərini və işlədikləri qurumdan və ya elmi rəhbərlərindən tövsiyyə məktubunu info@aircenter.az ünvanına göndərmələri xahiş olunur.