BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Afrika gününə hər olunmuş konfrans keçirilib

2022-05-26 19:11

Mayın 26-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Afrika Gününə həsr olunmuş konfransın əsas məqsədi Qoşulmama Hərəkatı (QH) tarixində Afrika irsinin rolu və Hərəkatın hazırkı beynəlxalq münasibətlər konyukturasında Afrika qitəsindən olan ölkələrin maraqlarını daha yaxşı təbliğ etməsinə dair müzakirələrin aparılması olub.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev və Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarşın açılış nitqi ilə çıxış etdikləri konfransda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, akademik dairələrin təmsilçiləri, tədqiqatçılar, Afrika İttifaqı ölkələrindən, həmçinin QH-yə üzv ölkələrdən olan tələbələr və çoxsaylı media nümayəndələri iştirak ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycanın Afrika ölkələri ilə artan xətt üzrə inkişaf edən əməkdaşlıq əlaqələrinin yeni müstəviləri əhatə etdiyini bildirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Azərbaycan və Afrika qitəsi ölkələri arasında mövcud münasibətlərin yeni mərhələyə qədəm qoymasını məmnunluqla qeyd edən nazir Ceyhun Bayramov Hərəkatın hazırkı sədri qismində ölkəmizin Afrika qitəsini fəaliyyət dövründə diqqət mərkəzində saxlanılması üçün prioritet regionlardan biri kimi müəyyən etdiyini diqqətə çatdırıb. Afrikanın böyük potensiala malik olan bir qitə kimi əhəmiyyətinə diqqət çəkən nazir bu konfransın qlobal sülhün və inkişafın təmin edilməsində Afrika qitəsinin tarixi, bu günü və gələcək rolu haqqında məhsuldar müzakirələr aparmaq üçün yaxşı fürsət olduğunu bildirib.