2019-cu ildə Ermənistan-Azərbaycan münaqişəsinin yekunlarına dair təhlildə ötən il ərzində münaqişənin həlli istiqamətində tərəflərin fəaliyyəti və Yerevanın ardıcıl qeyri-konstruktiv mövqeyi nəzərdən keçirilir. Təhlilin yekununa əsasən 2019-cu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də göstərdiyi kimi verilmiş bütün vədlərə baxmayaraq münaqişənin həlli istiqamətində növbəti itirilmiş illərdən biri oldu. Ermənistanın ötən il ərzində münaqişənin konstruktiv həllinə mane olması və substantiv danışıqlardan yayınmaq üçün atdığı addımlar təhlil edilir. Göstərilir ki, bir tərəfdən Ermənistan substantiv məsələləri həll etmədən ən müxtəlif formalarda əməkdaşlığın genişləndirilməsi təklifləri ilə çıxış edərək, özünün sülhpərvər obrazını yaratmağa çalışmış, digər tərəfdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dondurmağa çalışmışdır. Hesabatda eyni zamanda Minsk Qrupunun həmsədr ölkələrinin münaqişənin həlli istiqamətində fəaliyyəti tənqidi prizmadan nəzərdən keçirilir.
Təhlili oxumaq və yükləmək üçün aşağıdakı linkdən keçid edə bilərsiniz:
http://aircenter.az/frontend/web/uploads//images/news/Ermenistan-Azerbaycan-munaqisesi.pdf