Könüllülük

BMTM daxili və xarici siyasət üzrə bir sıra layihələr, həmçinin gənclərin inkişafı istiqamətində bir sıra proqramlar irəli sürür Mərkəz cəmiyyətin inkişafına çalışan bu komandanın bir hissəsi olmaq və bu istiqamətdə biliklərə yiyələmək istəyənlər üçün bir çox imkanlar təklif edir

BMTM daxili və xarici siyasət üzrə bir sıra layihələr, həmçinin gənclərin inkişafı istiqamətində bir sıra proqramlar irəli sürür. Mərkəz cəmiyyətin inkişafına çalışan bu komandanın bir hissəsi olmaq və bu istiqamətdə biliklərə yiyələmək istəyənlər üçün bir çox imkanlar təklif edir.

Könüllülük təcrübəsi sayəsində BMTM  motivə olunmuş tələbələri və gənc peşəkarları faydalı layihələr, konfranslar, yüksək səviyyəli tədbirlər və inzibati işlər vasitəsi ilə mərkəzin iş mühitinə daxil olmaq imkanını təmin edir. Seçilmiş könüllülər tədbirlərin təşkilində mərkəzin əməkdaşları ilə sıx işləməli, konfranslar zamanı geniş inzibati və loqistik məsələlərdə o cümlədən qonaqların qarşılanması, istehsalat, təşkilatçılıq, daşınma, media ilə iş sahələrində yardım etməlidir. BMTM vasitəsi ilə könüllülər öz liderlik imkanlarını gücləndirmək və əmək bazarına inteqrasiyanı təmin etmək şansı əldə edəcəklər.

Tələblər:

  • Azərbaycan Respublikası vətəndaşı olan tələbələr və ya gənc mütəxəssislər müraciət edə bilər.

  • Azərbaycan və ingilis dillərini bilməlidir. Digər dillərin bilinməsi arzuolunandır.

  • Mükəmməl ünsiyyət bacarığına malik olmalı, proqramlarımıza güclü maraq göstərməli, dəyişkən saatlarda işləmək motivasiyasına sahib olmalı və maddi texniki və inzibati işlərin öhdəsindən gəlmək imkanına malik olmalıdır.

  • Elmi rəhbəri tərəfindən verilmiş iş və tapşırıqları yerinə yetirən zaman onlara riayət etməli və tolerant davranmalıdır, komandada işləmək və komanda işini müsbət istiqamətə yönəltmək bacarığına malik olmalıdır.

BMTM kütləvi informasiyalara,  rəylərə, yeniliklərə giriş əldə etmək, o cümlədən davamlı inkişaf naminə təhlillərin yazılması, müzakirələrin aparılması və proqnozların verilməsi üçün əlverişli platformadır. Bu məqsədlərin həyata keçirilməsi üçün güclü mexanizmin qurulmasında könüllülər böyük rol oynayır. Dəyərli əməkləri və dəyişməz öhdəliklərinə əsasən könüllüklər sertifikatla təmin olunacaq və tələb olunduğu halda maraqlanan qurumlara və iş verənlərə tövsiyə ediləcək. Əgər siz də bizim sülhyaratma və əməkdaşlıq sahələrindəki dəyərlərimizi bölüşən, ünsiyyət qurmağı bacaran gəncsinizsə, BMTM sizi bizimlə əlaqə yaratmağa dəvət edir.  




Digər xəbərlər

06 Apr 2020

Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri-TƏHLİL

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır
253
06 Apr 2020

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?

Kolumbiya Universitetinin “Kolumbiya Beynəlxalq Məsələlər Jurnalı”nda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın məqaləsi çap edilib
425
31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
266