Təqaüd

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Təqaüd Proqramı (ASAP) xarici tələbələr, ekspertlər, alimlər, akademiklər və qeyri-kommersiya təşkilatları ekspertlərinə təqaüd təklif edən bir proqramdır Proqram ildə bir dəfə təklif olunacaq

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Təqaüd Proqramı (ASAP) xarici tələbələr, ekspertlər, alimlər, akademiklər və qeyri-kommersiya təşkilatları ekspertlərinə təqaüd təklif edən bir proqramdır. Proqram ildə bir dəfə təklif olunacaq. Təqaüd Seçim Komitəsi, yerli universitetlər və AIDA proqramının birgə əməkdaşlığı çərçivəsində təqdim edilir. ASAP liderlik potensialına, güclü akademik özkeçmişə və gələcəklə bağlı güclü baxışa malik şəxslər üçün nəzərdə tutulur.

Təqaüdün əsas məqsədi Azərbaycan və ümumilikdə regional bağlı araşdırmaları artırmaqdır. Biz beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsinə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə, Azərbaycanın suvrenliyinə qarşı xarici təhdidlərin aşkarlanmasına və onların qarşısının alınmasına dair yeni ideyaları dəstəkləyirik. Ölkənin xarici siyasətinin gücləndirilməsi, ölkələrlə, o cümlədən beynəlxlaq və çoxtərəfli təşkilatlarla, regional, qitələrarası və beynəlxalq səviyyədə diplomatik əlaqələr,  ölkənin beynəlxalq rolunun və nüfuzunun gücləndirilməsi, onun regional əhəmiyyətinin və çəkisinin artması təqaüd proqramının əsas hədəflərindəndir.

ASAP  beynəlxalq şəbəkələşməni genşləndirmək üçün unikal imkandır. BMTM bacarıqlı və ixtisaslı tələbələrə, peşəkar insanlara və akademiklərə təlim keçməklə  geniş akademik, peşəkar və mədəni təcrübələrə  çıxmaq imkanı yaradan açıq platformadır.  Bu platforma çərçivəsində ASAP alimlərə Azərbaycan irsini və tarixini öyrənmək, beynəlxalq siyasi məsələlərə dair müzakirələr aparmaq və düşüncə liderləri və ekspertlər ilə geniş akademik, mədəni və sosial tədbirlərdə birgə işləmək imkanı verən xüsusi tədbirlər proqramı təşkil edir. 

Müraciət ərizəsi qəbul olunmuş namizədlərə ilkin mərhələni keçmələrinə dair elektron məktub göndəriləcək. Sizdən BMTM tərəfindən müəyyən edilmiş yüksək davranış standartlarına və yerli ənənələrə və təlimatlara əməl etməyiniz xahiş olunur. Əcnəbi namizədlər təqaüd boyunca Azərbaycanda qalmalı, təqaüd müddəti bitdikdən sonra isə ölkələrinə qayıtmalıdır. ASAP təqaüdçülər və təcrübəçiləri ədaləti və şəffaf yollarla müəyyən etmək öhdəliyini daşıyır. Daha ətraflı məlumat əldə etmək və digər suallar üçün [email protected] ünvanına yazmağınız xahiş olunur.




Digər xəbərlər

06 Apr 2020

Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri-TƏHLİL

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır
234
06 Apr 2020

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?

Kolumbiya Universitetinin “Kolumbiya Beynəlxalq Məsələlər Jurnalı”nda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın məqaləsi çap edilib
397
31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
252