Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) peşəkar və fərdi inkişaf imkanları təqdim edən, institusional şəffaflıq və əməkdaşlıq prinsiplərinə əsaslanan nüfuzlu beyin mərkəzidir.
BMTMM diplomatiya, xarici siyasət, təhlükəsizlik, beynəlxalq hüquq, dünya iqtisadiyyatı və müasir tendensiyalar üzrə nəzəri və analitik tədqiqatlar aparmaq potensialına malik yüksəkixtisaslı kadrların cəlb olunmasını həyata keçirir.
Mərkəzin fəaliyyətinin əsas istiqamətlərini dövlət qurumları üçün analitik arayış və tövsiyələr hazırlanması, aktual mövzular üzrə elmi-nəzəri təhlillər aparılması və bu təhlillər əsasında akademik materialların dərc edilməsi təşkil edir.
Araşdırma prioritetlərinə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Cənubi Qafqaz regionunda baş verən siyasi proseslər, eləcə də regional və qlobal gündəmin aktual siyasi-iqtisadi məsələləri daxildir.
BMTMM fəaliyyətində konkret nəticəyönümlülüyü əsas tutaraq dövlət qurumları, beynəlxalq tərəfdaşlar və media subyektləri ilə institusional əməkdaşlığın inkişafına xüsusi önəm verir və bununla da Mərkəzin təsir imkanlarının genişləndirilməsini hədəfləyir.
Öhdəliklər
• Hesabatların və digər nəşrlərin hazırlanması və redaktə edilməsi, habelə Mərkəzin əməkdaşları ilə komanda şəklində səmərəli əməkdaşlığın həyata keçirilməsi.
• Seminar və konfransların təşkili, eləcə də digər elmi-tədqiqat fəaliyyətlərində fəal iştirak.
• Məlumatların toplanması, sistemləşdirilməsi və müvafiq məqsədlər üçün qorunmasının təmin edilməsi, həmçinin ayrı-ayrı regionların daha dərindən öyrənilməsi məqsədilə sahə missiyalarının və müsahibələrin təşkili.
Namizəd üçün tələblər:
• Beynəlxalq münasibətlər, beynəlxalq iqtisadiyyat, təhlükəsizlik, tarix, politologiya və digər müvafiq ixtisaslar üzrə ali təhsil (magistr dərəcəsinə və ya fəlsəfə doktoru elmi dərəcəsinə malik namizədlərə üstünlük verilir);
• İngilis dili üzrə sərbəst bilik (əlavə xarici dillərin biliyi arzuolunandır);
• Akademik jurnallarda dərc olunmuş məqalələrin, redaktə edilmiş materialların və siyasətyönümlü digər nəşrlərin mövcudluğu;
• Microsoft Word, Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
• Güclü yazılı və şifahi ünsiyyət bacarıqları, həmçinin təşkilatçılıq və vaxtın səmərəli idarə olunması qabiliyyəti.
Maraqlanan şəxslərin CV, 2 tövsiyə məktubu və müvafiq sahə üzrə mövzu təklifini (2-3 səhifə) vahid sənəd şəklində təqdim etmələri xahiş olunur.


