Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan və ölkə xaricində baş verən qlobal və regional proseslərlə bağlı innovativ təhlillər hazırlayan, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif aspektlərinə, beyn...
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan və ölkə xaricində baş verən qlobal və regional proseslərlə bağlı innovativ təhlillər hazırlayan, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif aspektlərinə, beynəlxalq əlaqələr və təhlükəsizlik məsələlərinə dair fundamentral araşdırmaların hazırlanmasını hədəfləyən müstəqil beyin mərkəzidir. BMTM-in əsas missiyası etimadın qurulması, qərar qəbul edən şəxslərə praktiki həll yollarının təklif edilməsi və bu istiqamətdə komanda işinin təşviq edilməsindən ibarətdir. Bununla əlaqədar olaraq BMTM-in Təcrübə proqramı istedadlı tələbələr və yeni məzunların peşəkar və fərdi inkişafı üçün 3-6 ay müddətində ödənişsiz olaraq nəzərdə tutulub.
Təlim prosesinin tərkib hissəsi kimi təcrübəçilər elmi rəhbərləri ilə yazılı hesabatlar, tədbirlər, araşdırma layihələri və fəaliyyət göstərdikləri departamentin digər vacib tapşırıqları istiqamətində birgə işləyəcəklər. Təcrübəçilər BMTM-in şəbəkəsinə daxil olmaq imkanı əldə edəcək, mərkəzin təşkil etdiyi yüksək səviyyəli tədbirlərdən, araşdırma prosesindən və müxtəlif siyasi və iqtisadi aktorlarla qarşılıqlı fəaliyyətdə olmaq imkanından yararlanacaq və BMTM komandası adından müxtəlif tədbirlərə qatıla biləcəklər.
Təcrübə proqramı xarici siyasət və beynəlxalq əlaqələr sahəsində karyera qurmaq istəyənlər üçün stimullaşdırıcı və dəstəkləyici iş mühiti, o cümlədən hərtərəfli və peşəkar təcrübə əldə etmək üçün ideal imkan təklif edir. Namizədlərin siyasi proseslərin izlənməsi və prioritet istiqamətlərin məyyənləşdirilməsi sahələrində yüksək səviyyədə hazırlıqlı olmaları tələb olunur.
Əsas tələblər:
Mükəmməl analitik və yazı bacarığı, araşdırmaların aparılmasına dair təcrübə;
İngilis dilini səlis bilmə; (Əlavə xarici dil bilgisi üstünlükdür).
Mükəmməl yazılı və şifahi ünsiyyət;
Microsoft Office proqramlarında sərbəst işləmə;
Komandanın bir hissəsi kimi müxtəlif vəzifələrin öhdəsindən müstəqil şəkildə gəlmə;
Namizədlər beynəlxalq əlaqələr, beynəlxalq hüquq, siyasi elmlər, regionşünaslıq, iqtisadiyyat və oxşar sahələrdə bakalavr və ya magistr dərəcəsi;
Beyin mərkəzi, fond, dövlət qurumu və ya oxşar təşkilatlarda təcrübə üstünlükdür;
Xəzər və Qafqaz regionuna xüsusi marağın olması arzuolunandır.
Xüsusi öhdəliklər:
Təhlil materialları üçün mənbələrin axtarışı;
Müvafiq ədəbiyyat və mənbələri toplamaq və ümumiləşdirmək və icmallar hazırlamaq;
Yazılı işlərin korrektəsi, faktların araşdırılması və redaktəsinə kömək etmək;
Materialların (təhlillər, hesabatlar və s.) yazılması və hazırlanmasına kömək etmək;
Xüsusi məsələlərə dair prosesləri araşdırmaq, monitorinq etmək və sənədləşdirmək;
Verilənlər bazasının idarə edilməsi və təqdimatına kömək etmək;
Xəbərlərin və xəbər bülletenlərin hazırlanmasında iştirak etmək;
BMTM-in tədbirlərinin təşkilinə və planlaşdırılmasına dəstək vermək;
Daxili tədbirlər, konfranslar və dəyirmi masalara qatılmaq və müvafiq hesabatlar hazırlamaq;
Moderator tərəfindən təyin edilmiş digər öhdəlik və tapşırıqların icra etmək.
Təcrübə proqramından nə əldə edəcəksiniz?
Araşdırma üsulları, faktların toplanması və təhlil texnikası;
Yazı qabiliyyəti və yazılı işlərin redaktəsi;
Siyasi analitik materialların və hesabatların hazırlanması və yazı texnikası;
Beyin mərkəzinin mahiyyətini və işini öyrənmək;
Xarici və daxili siyasətin icrası üçün effektiv mexanizmlərin işlənib hazırlanmasına dair təcrübə
Müraciət üçün tələb olunan sənədlər:
Namizədi bu proqrama motivə edən səbəblər, bu vəzifəyə niyə maraq göstərməsinə dair məktub və qeyd olunan bacarıqların olduğunu sübut edən sənədlər
CV/ Tərcümeyi-hal
Müvafiq mövzuya dair yazı nümunəsi
İki tövsiyə məktubu (hazırki elmi rəhbərdən və ya müdirindən)
Zəhmət olmasa, toplanmış sənədləri info@aircenter.az elektron ünvanına yollayın.